Paralimpiyaçımızın ikinci Avropa gümüşü

post-img

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 50 metr məsafəyə tapançadan atəşaçma (P4) yarışında gümüş medal qazanıb. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 221.6 xal toplayan idmançımız yarışı fəxri kürsünün ikinci pilləsində başa vurub.

Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə gümüş medal qazanıb.

Qabil YUSİFOĞLU
XQ

İdman