Karateçi İrinanın yeni hədəfləri

post-img

Bu günlərdə Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi İrina Zaretska (68 kq) “dünyanın ən yaxşıları arasında olduğu”nu göstərmək istəyib.

Zaretska növbəti hədəflərindən də söz açıb: “Azərbaycandakı MDB Oyunlarında, Səudiyyə Ərəbistanındakı VI İslam Həmrəyliyi Oyunlarında və dünya çempionatında da uğurlu çıxış etmək istəyirəm. Üstəlik, indiyədək Azərbaycanın yeganə təmsilçisiyəm ki, dünya çempionatına lisenziya qazanmışam. Bu, məndə xüsusi məsuliyyət yaradır. Həm də əlavə motivasiya verir”.

Qeyd edək ki, İrina Zaretska Dünya Oyunlarının finalında İsveçrə təmsilçisi Elena Quirici ilə dueldən məğlub ayrılıb.

M.HACIXANLI
XQ

İdman