Xorvatiya millisinin və İspaniyanın “Real Madrid” klubunun futbolçusu Luka Modriç karyerasını İtaliyanın "Milan" komandasında davam etdirəcək. Artıq tərəflər arasında razılıq əldə olunub.
39 yaşlı futbolçu uşaqlıqdan azarkeşi olduğu “rossonerilər”lə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq. Modriçin Madrid təmsilçisi ilə sözləşməsi bu ilin yayında başa çatacaq. Bu səbəbdən ulduz oyunçu İtaliya klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, 2012-ci ildən “Real Madrid”də çıxış edən futbolçu bu müddət ərzində 590 matçda 43 qol və 95 məhsuldar ötürmə ilə yadda qalıb.
XQ