Azərbaycan komandası İranın Behşehr şəhərində keçirilən sərbəst güləş üzrə “Necad Haşimi kuboku” turnirini 5 medalla başa vurub.
Yarışın sonuncu günündə U20 milli komandanın 3 üzvü fəxri kürsüyə qalxıb. Yığmamızın üzvlərindən Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) bürünc medal qazanıb.
Xatırladaq ki, bundan əvvəl Omar Gülməmmədov (74 kq) 2-ci, Sədrəddin Həsənov (57 kq) isə 3-cü yerə sahib olmuşdular.
L.QURBANOVA
XQ