Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (AGİN) tərəfindən təşkil olunacaq tədbirlər açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, COP29 müddətində AGİN-in təşkilatçılığı ilə ümumilikdə 14 tədbir nəzərdə tutulub. Həmin tədbirlərin siyahısını təqdim edirik:
13 noyabr
“Mərkəzi Asiya və Azərbaycanın Gənc İqlim Liderlərinin Növbəti COP Dialoqu”
14 noyabr
“Policy Jam: Gənclərə yönəlik və iddialı iqlim maliyyəsinin axtarışında”
15 noyabr
“Regional enerji danışıqlarında gənclər: Onların rolu nədən ibarətdir?”
“Nəsillərarası tərəfdaşlıqda yeniliklər”
16 noyabr
“BƏƏ - Siyasətlə məşğul olmaq üçün gənclərin bacarıqlarının artırılması”
“Dönüş nöqtəsi yaradan dialoqlar: Cənubi Qafqaz üçün “İqlim texnologiyaları” və kənd təsərrüfatı texnologiyaları”
“Şotlandiya Sıfır Tullantı Qrupu xaricində”
18 noyabr
“İdman COP29-un kölgəsində: Dayanıqlı fəaliyyət üçün “uyğun” həllər”
“Okean boyu məktəblər”
Gənclərin əlaqəsi: Yeni Yaranan Bacarıqlarla bağlı və Yaşıl İqtisadiyyatlarla bağlı məlumatlılığın artırılması
19 noyabr
İqlim Fəaliyyət naminə “Yüksəliş” Modeli
“Xəzər dənizi məsələsində Davamlı İnkişaf Məqsədi-14 üzrə gənclərin müzakirəsi”
20 noyabr
“Gənclərin müzakirələri: “Şəhərlər, İqlimlə bağlı Təbliğat və Gənclər”
21 noyabr
“6 regionda təbiətə əsaslanan həllər üçün Gənclər Koalisiyasının (NBS) gücləndirilməsi: Yaxın Şərq və Afrika, Latın Amerikası və Karib hövzəsi, Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz, Asiya və Sakit Okean və onların hər birinin həmrəylik və regional iqlim strategiyalarına diqqət yetirməsi”.
Qeyd edək ki, noyabrın 11-də start götürəcək COP29 noyabrın 22-dək davam edəcək.