Boksçularımızın parlaq uğuru

post-img

Bəhreyndə keçirilən Gimnazia – İdman Oyunlarında boks komandamız 12-si qızıl olmaqla 18 medal qazanıb.

Komandamızın üzvlərindən Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Rza Rzayev (70 kq), Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutublar. 

Valeh Eyvazlı (66 kq), Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) gümüş, Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) bürünc medala sahib olublar. 

Leyla QURBANOVA  
XQ

 

İdman