Azərbaycanın 8 boksçusu Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında uğurla çıxış edərək finala vəsiqə qazanıb.
Oğlanların yarışında Əli Əliyev (46 kq), Nihad Qasımov, Şahin Mustafayev (hər ikisi 50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq) və Haqverdi Həsənov (63 kq), qızlar arasında isə Aysu Mikayılova (52 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.
Birinci yer uğrunda qarşılaşmalar oktyabrın 29-da olacaq.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək Gimnaziadada Azərbaycan 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
Leyla QURBANOVA
XQ