“BRICS Sports Games Kazan 2024”: Azərbaycan 34 medal qazanıb

post-img

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman yarışı başa çatıb. 

Turnirə Tatarıstanın “Sabantuy” xalq festivalı ilə yekun vurulub. Tədbirdə əvvəlcə iştirakçı ölkələrin bayraqları səhnədə nümayiş etdirilib. Tatarıstanın adət-ənənələrini əks etdirən nümunəvi çıxışlar, əyləncəli oyunlar, müxtəlif idman növləri üzrə idmançıların çıxışları təqdim edilib. Festival konsert proqramı ilə davam edib.

 Qeyd edək ki, Azərbaycan idmançıları yarışda 4-ü qızıl, 9-u gümüş, 21-i bürünc olmaqla 34 medal qazanıb.

L.QURBANOVA
XQ

 

İdman