Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində qadın boksçularımız 9 medal qazanıblar.
Millinin heyətində Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) birinci yeri tutublar. Günel Rəhimova (50 kq), Mehparə Məmmədova (48 kq) və Lalə Namazlı (63 kq) gümüş medala yiyələniblər. Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) üçüncü yerlə kifayətləniblər.
Beləliklə, qadınlardan ibarət Azərbaycan yığması “Böyük İpək Yolu”nu 2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurub.
Qeyd edək ki, yarışda 11 ölkənin 121 idmançısı iştirak edib.
Leyla SABİRQIZI XQ