Tovuzda işıq dirəyinin aşmasına görə dayandırılan oyun təxirə salınıb -VIDEO

post-img

Azərbaycan Premyer Liqasının XVIII turunda Tovuz şəhər stadionunda projektorlardan birinin aşması nəticəsində dayandırılan “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, matçın qalan hissəsi bu gün oynanılmayacaq. Görüş dekabrın 24-ü, saat 12:00-da dayandırıldığı 82-ci dəqiqədən davam etdiriləcək.

17:58

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu yarımçıq dayandırılıb.

Tovuz klubundan AZƏRTAC-a verilən məlumata görə, buna güclü külək nəticəsində projektorlardan birinin aşması səbəb olub.

Peşəkar Futbol Liqasından isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər.

82-ci dəqiqədə dayandırılan görüşün davam etdirilib-etdirilməyəcəyi bilinmir.

Qeyd edək ki, oyunda “Turan Tovuz”un minimal hesablı üstünlüyü var – 2:1.


İdman