"Söz verirəm" Kampaniyası Goranboy rayonunda

post-img

Azərbaycan Cüdo Federasiyası (ACF) "Azercell Telekom” MMC ilə birgə keçirdiyi “Söz verirəm” sosial layihəsi çərçivəsində Goranboy Olimpiya İdman Kompleksində kampaniya təşkil edilib. 

ACF-in baş katibinin müşaviri Ayan Nəcəf 50-dən çox cüdoçunun iştirakı ilə keçirilən görüşdə uşaqlar ilə maarifləndirici söhbətlər aparıb. Onlara qısnamanın mahiyyəti və buna qarşı durmağın zəruriliyi haqqında məlumat verilib. Tədbir zamanı idmançılar müzakirələrdə fəal iştirak etdilər.

Hər bir idmançı “Söz verirəm" sertifikatını imzaladı, bu isə onların qısnamaya qarşı olduqlarını simvolizə etdi. Bundan əlavə, onlar məlumatlandırıcı bukletlər və bilərziklər əldə etdilər.

“Söz verirəm” sosial kampaniyasının əsas məqsədi ölkəmizdə idmana olan marağı daha da artırmaq, cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməklə yanaşı, son zamanlar gənclər və yeniyetmələr arasında qlobal səviyyədə aktual olan qısnama (bullinq) mövzusuna toxunur.





İdman