Belçika - İsveç oyunu təxirə salınıb

post-img

AVRO-2024-ün seçmə mərhələsində keçirilən Belçika - İsveç oyunu təxirə salınıb.

Buna Brüssel şəhərinin mərkəzində atışma nəticəsində iki nəfərin ölməsi səbəb olub.

Heysel stadionunun yaxınlığında İsveçin iki vətəndaşı qətlə yetirilib.

Qeyd edək ki, görüşün ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Hər iki yığmanın oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər. (Report)

İdman