“Qalatasaray” “Mançester United”i məğlub edib

post-img

Dünən UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turu start götürüb. İlk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub. “XQ” TRT “Spor”a istinadən xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” İngiltərədə “Mançester Yunayted” üzərində qələbə qazanıb. Günün mərkəzi matçında isə Madridin “Real” klubu İtaliyada “Napoli”yə qalib gəlib.

Qeyd edək ki, “qırmızı şeytanlar” 1986-cı ildən bəri ilk dəfə mövsümün açılışında keçirdiyi 10 oyunun 6-da məğlubiyyətlə üzləşib.

Yeri gəlmişkən, Çempionlar Liqası II turunun A qrupunda

“Mançester Yunayted” (İngiltərə) – “Qalatasaray” (Türkiyə) 2:3.

“Kopenhagen” – “Bavariya” (Almaniya) 1:2 hesabı ilə bitib. Hazırda A qrupunda xal durumu belədir: “Bavariya” - 6, “Qalatasaray” - 4, “Kopenhagen” - 1, “Mançester Yunayted” - 0.

B qrupunda “Lans” (Fransa) - “Arsenal” (İngiltərə) 2:1.

PSV (Niderland) - “Sevilya” (İspaniya) 2:2 hesabı ilə başa çatıb. Qrupda xal durumu belədir: “Lans” – 4, “Arsenal” - 3, “Sevilya” – 2, PSV - 1.

C qrupunda isə “Union” (Berlin, Almaniya) - “Braqa” (Portuqaliya) 2:3.

“Napoli” (İtaliya) – “Real” (İspaniya) 2:3 hesabı ilə yekunlaşıb. Bu qrupda isə xal durumu belədir: “Real” – 6, “Napoli” - 3, “Braqa” - 3, “Union” – 0.

D qrupunda “Zaltsburq” (Avstriya) - “Real Sosyedad” (İspaniya) 0:2.

“İnter” (İtaliya) - “Benfika” (Portuqaliya) 1:0 hesabı ilə başa çatıb. D qrupunda xal durumu bu cürdür:  “Real Sosyedad” - 4, “İnter” - 4, “Zaltsburq” - 3, “Benfika” – 0.

Qeyd edək ki, E, F, G və H qruplarında II turun oyunları bu axşam keçiriləcək.

Elçin ABBASOV

XQ

İdman