Bu gün "Qarabağ" "Turan-Tovuz"la qarşılaşacaq

post-img

Bu gün Aərbaycan Premyer Liqasının II turu çərçivəsində son çempion "Qarabağ" "Azersun Arena"da "Turan Tovuz"u qəbul edəcək. Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, matç saat 18:30-da start götürəcək. 

Yeri gəlmişkən, "Qarabağ"-"Turan-Tovuz" oyununu Rauf Allahverdiyev idarə edəcək.

Qeyd edək ki, bu gün keçirilməli olan daha bir mat-"Sumqayıt"-Sabah"  oyunu isə təxirə salınıb. Bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, PFL və "gənclik şəhəri" təmsilçisinə müraciət edən "Sabah" klubu Serbiyanın "Partizan" komandası  ilə UEFA Konfrans Liqasının cavab oyununa daha ciddi hazırlaşmaq məqsədilə çempionat matçının başqa vaxtda keçirilməsini istəyib.

"Sabah"ın rəsmi müraciətini, "Sumqayıt"ın isə rəsmi razılıq məktubunu əsas götürən qurum matçın başqa vaxta keçirilməsinə dair qərar çıxarıb.

Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat daha sonra veriləcək.

Qeyd edək ki, hazırda Premyer Liqada iki turun ikisində də qələbə qazanmış "Zirə" klubu 6 xalla turnir cədvəlində liderdir.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman