Boksçularımız MDB Oyunlarında iştirak edəcəklər

post-img

Gənc boksçulardan ibarət Azərbaycan milli komandaları II MDB Oyunlarında iştirak edirlər. Bu gün Belarusda start götürən oyunlar avqustun 14-dək davam edəcək.  Yığmamız yarışda 16  idmançı ilə təmsil olunacaq. 

Azərbaycan Boks Federasiyaından aldığımız məlumata görə, Belarusda baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Ramal Yolçuyev (48 kq), Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Aslan Quliyev (63,5 kq), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq), Fərhad Şeydayev (75 kq), İlfan Xəlilli (80 kq) və Həsən Sadıqzadə (+92 kq) qüvvəsini sınayacaq.

Qızlardan ibarət komanda yarışda məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, Oyunlarda Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq), Aynur Mikayılova (54 kq) və Qızbəs İsgəndərə (60 kq) şans verəcək.

Belarusda Emil Qurbanəliyev isə referi kimi Azərbaycanı təmsil edəcək.
Qeyd edək ki, bu gün səfərə yollanan komanda avqustun 14-də Bakıya qayıdacaq.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman