Romen Saiss “Əl Sədd” klubuna keçib

post-img

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Romen Saiss karyerasını Qətərdə davam etdirəcək. “DHA.com.tr”nin məlumatına görə, “Qara qartal”lar Mərakeş millisinin üzvünün “Əl Sədd”ə keçidindən 2,5 milyon avro qazanıblar.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2022-ci ildən "Beşiktaş"ın şərəfini qoruyub. Həmçinin Romen Saiss ötən il Mərakeş yığması ilə Qətərdəki dünya çempionatında 4-cü yeri tutub.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman