Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə, 26 iyul – 3 avqust tarixlərində Rumıniyanın paytaxtı Buxarestdə yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda 34 ölkədən 450 atlet (204 qadın və 246 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Onlar aşağıdakılardır:
U-20 (qadın)
Rahilə Hüseynzadə (87 kq)
U-20 (kişi)
Əli Şükürlü (109 kq)
U-23 (kişi)
Əvəz Tağıyev (55 kq), Ömər Cavadov (73 kq), Füqan Əliyev (81 kq).
Elçin ABBASOV,
“Xalq qəzeti"