Azərbaycanın qadın atıcıları Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəni davam etdirirlər. Regina Meftahətdinova, Nurlana Cəfərova, Sevda Nəcəfovadan ibarət komandamız skit növündə təsnifat mərhələsində dördüncü yeri tutub.
Üçüncü yer uğrunda yığmamız Çexiya komandası ilə qarşılaşacaq.
Güllə atıcılarımız Ruslan Lunyov və Nigar Nəsirova isə qarışıq komanda tapança ilə 25 metr məsafədən atəşaçma üzrə təsnifat mərhələsini sonuncu yerdə başa vurublar. Belə ki, 525 xal qazanan nişançılarımız finaldan kənarda qalıblar.
Leyla QURBANOVA,
“Xalq qəzeti”