Praqadan 10 medalla

post-img

Üzgüçülük üzrə Azərbaycan millisi Çexiyanın Praqa şəhərində keçirilən Beynəlxalq turnirdə 2 qızıl, 4 gümüş, 4 bürünc medal qazanıb. 

Lisenziya xarakterli bu yarışda Azərbaycan idmançıları ilə yanaşı, Bolqarıstan, Ukrayna, Danimarka, İtaliya, Polşa, Yunanıstan, Çexiya, Fransa, Almaniya, Filippin, Avstriya, Xorvatiya, Hollandiya və Makedoniyadan da güclü üzgüçülər mübarizə aparıblar. 

Bu ,Azərbaycan üzgüçülük tarixində böyük uğurdu. Axşam saat 17:10-da idmançılarımız Vətənə dönürlər. 

 

"Xalq qəzeti"

İdman