Qran-Pri turnirində bir gümüş, bir bürünc

post-img

Avstriyanın Linz şəhərində keçirilən Qran-Pri turnirində mübarizə aoaran Azərbaycan cüdoçuları yarışın ilk günündə bir gümüş, bir bürünc medal qazanıblar.

Belə ki, bu gün tatami üzərinə çıxan həmyerlimiz Kamran Süleymanov (66 kq) finalda İspaniya cüdoçusu David Qarsiya Torneyə məğlub olaraq ikinci yerə çıxıb.

Qadınların yarışında mübarizə aparan Gültac Məmmədəliyeva da (52 kq) İspaniya təmsilçisi ilə qarşılaşıb. Bu dəfə qalib gələn Azərbaycan tərəfi olub. Belə ko, Gültac üçüncü yer uğrunda mübarizədə Ariane Toro Solerə qalib gəlib.

Onu da əlavə edək ki, bu gün ümumilikdə, 7 cüdoçumuz tatami üzərinə çıxıb.

Sonda qeyd edək ki,  72 ölkədən 450-dən artıq cüdoçunun mübarizə apardığı turnir mayın 27-də başa çatacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman