Premyer Liqada XXXIII tura yekun vurulub

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub. Turun son oyununda lider "Qarabağ" "Qəbələ"ni qəbul edib.

"Azersun Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin iık  qolunu  43-cü dəqiqədə Elvin Cəfərquliyev verib. 75-ci dəqiqədə Abdullah Zubir hesab araaındakı fərqi bir qədər də artırıb-2:0.  Matçın 84-cü dəqiqəsində Ramil Şeydayev fərqlənib-3:0. 

Bununla da "Qarabağ" xallarının sayınl 84-ə çatdırıb. "Qəbələ" klubu isə 48 xalla dördüncü sıradadır. 

Qeyd edək ki, turun bundan əvvəlki oyunlarında “Kəpəz”-“Sabah” (0:3), “Şamaxı”-“Zirə” (0:3), “Turan-Tovuz”-“Neftçi” (1:3) hesabları qeydə alınıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman