Bakı və Sumqayıtda oğurluq edənlər tutulublar

post-img

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gecə saatlarında “Nissan” markalı avtomobildən içərisində 1000 manat, bank kartları və sənədlər olan pulqabının oğurlanması barədə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

DİN mətbuat xidmətinin verdiyi məlumata görə, Sumqayıt çimərliyində 2 qadının  içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantaları oğurlanıb. Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 66 yaşlı Y.Hacıyev müəyyən olunub. 

İyulun 14-də Sumqayıt şəhər sakininin bank kartlarından ümumilikdə 3340 manat vəsait oğurlanıb. 2-ci Polis Bölməsi Z.Məhərrəmovu saxlayıb. 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Novxanı qəsəbəsində evlərin birindən 1500 manat dəyərində naqil, təmir alətləri və inşaat materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş R.İsgəndərov və S.Mirzəliyevi müəyyən edərək saxlayıblar. 

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Hadisə