İyulun 1-də Bakı sakini olan qadının bank kartından pul oğurlanması barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.
Sahil qəsəbəsi ərazisində isə şirkətlərdən birinin həyətindən oğurluğa cəhd edən şəxs Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun əvvəllər də oğurluğa görə məhkum olunmuş F.Quliyev olması müəyyən edilib.
Saxlanılan şəxsdən 66 qrama yaxın tiryək aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ