Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

post-img

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.

Bu barədə XQ-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkarlanıb.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirləri görülərək ərazidən götürülüb.



Hadisə