Laçın rayonunda ekskavator tank əleyhinə minaya düşüb

post-img

Bu gün saat 16:00 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı məlumat verib.

Bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə