G20 ölkələri “yaşıl” maliyyənin önəmli mənbəyidir

post-img

Böyük Britaniya Qreşem Kollecinin professoru Avinaş Persaud COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrin illik maliyyə ehtiyacının 2,4 trilyon dollar olduğu təxmin edilir. Bu vəsaitin ən azı 1 trilyon dolları beynəlxalq maliyyə mənbələrindən təmin olunmalıdır.

Britaniyalı professorun sözlərinə görə, göstərilən məbləğin əsas hissəsi dövlət maliyyəsi və çoxtərəfli inkişaf banklarının güzəştli kreditləri vasitəsilə reallaşdırılmalıdır. Əgər COP29-da ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul edilməzsə, milli səviyyədə müəyyənləşdirilən öhdəliklər də kifayət qədər ambisiyalı olmayacaq və bu, ümumi sistemin pozulmasına gətirib çıxara bilər. Buna görə də uğurlu iqlim maliyyələşməsi üçün inkişaf etmiş ölkələrdən dövlət maliyyəsi üzrə öhdəliklərin ən azı 3 dəfə artırılması tələb olunur. Bu məqsədlə G20 ölkələrinin siyasi liderliyi və çoxtərəfli inkişaf banklarının maliyyə dəstəyi vacibdir.

 

Ekologiya