Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev Beynəlxalq Maliyyə Korporasiyasının idarəedici direktoru Makar Diyop ilə görüşündə iqlim fəaliyyətində maliyyə məsələlərini müzakirə edib.
Bu barədə COP29-un “X” hesabında yerləşdirilən paylaşımda tərəflərin iqlim fəaliyyəti üçün innovativ maliyyələşdirmə həlləri barədə danışıqlar apardıqları, söhbət zamanı iqlim konfransına hazırlıq öncəsi inkişaf etməkdə olan ölkələrə dəstəyin artırılması və dayanıqlı inkişaf məqsədlərinin gerçəkləşdirilməsi üçün özəl sektorun investisiyalarının səfərbər edilməsinin zəruriliyi bildirilib.