Bakı konfransının hədəfi təmiz gələcək və ümumi tərəqqidir

post-img

Avstriyalı siyasi analitik Klaus Jürgens mediaya müsahibəsində bildirib ki, Bakıda keçiriləcək COP29 təkcə iqlim dəyişmələri paktının bir parçası deyil, həm də iqtisadi məsələdir.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizədə əsas diqqətin inkişaf etməkdə olan və qlobal istiləşmənin mənfi təsirinə daha çox məruz qalan ölkələrə yönləndirilməsi vacibdir: “COP29 çox mühüm tədbirdir. Hər şeydən öncə bu toplantı iqlim dəyişmələri, ətraf mühit və digər mühüm məsələlərlə əlaqədardır. Yəni belə konfranslar hansı ölkədə keçirilməsindən asılı olmayaraq çox əhəmiyyətlidir. İndiki şəraitdə isə inkişaf etmiş ölkələrin bu məsələdə dəstəyi önəmlidir”.

Tədbirin Bakıda keçirilməsinə gəlincə, analitikin fikrincə, Azərbaycan hökuməti COP29-la müsbət gündəmə nail olacaq, sürətli sosial-iqtisadi inkişafını bütün dünyaya nümayiş etdirəcək. Bununla da ölkənin beynəlxalq aləmdəki reputasiyası daha da yüksələcək. Təbii ki, bu, Azərbaycan üçün iqtisadı və siyasi baxımdan böyük bir avantaj, üstünlük olacaq.

Analtik daha sonra vurğulayıb ki, COP29-un broşürünə baxanda da mənzərədən aydın olur ki, Bakı artıq konfransa hazırdır. Azərbaycan hökuməti bu tədbirə gələcək nümayəndə heyətlərinə, diplomatlara, hər kəsə əvvəlcədən dəstək göstərir və COP29-dan istifadə edərək bəzi ölkələrə “Biz istənilən yerdə dostuq”, – deyir.

Ekologiya