Həşəratların bəzi növlərində təbii rənglərinin dəyişməsi cütləşmə yoldaşı tapmasını çətinləşdirir. Sidneydəki Makquori Universitetinin avstraliyalı ekoloqları belə qənaətə gəliblər ki, qlobal istiləşmə həşəratlara və onların cinsi fəallığına təsir edir. Temperatur artıqca həşəratların rəngləri də dəyişir.
Qaranlıq böcəkləri isti havalarda daha fəal olurlar. Bu da onlara cütləşmə yoldaşı tapmaqda üstünlük verir. Ancaq bunun əksi də baş verir. Bəzi həşəratlar temperaturun yüksəlməsi nəticəsində yaranan rəng dəyişikliyi səbəbindən əks cinsi tanıya bilmirlər.
Alimlərin fikrincə, temperatur yüksəldikcə bəzi həşəratların rənginə təsir edən melanin piqmenti daha az istehsal olunur. Belə canlılar daha az istilik udmaq və ona daha asan dözmək üçün yüngül və parlaq olurlar.
Bəzi kəpənək növlərinin qanadlarının rəngi temperatur artıqca solur. Subarktik yarpaq böcəyinin kürəyindəki tünd ləkələr də istiləşmə ilə azalır. Bununla belə, bəzi həşərat növlərində əks tendensiyalar da aşkar edilib. Son dövrdə digər ərazilərdəki eyni kəpənək növləri, əksinə, daha da tündləşib.
PÜNHAN
XQ