Ekoloji siyasət və dayanıqlı inkişaf

post-img

Sadiq Qurbanovun ideya rəhbərliyi ilə nəşr olunan “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003–2023)” üçcildliyi müasir eko-təfəkkürün hüquqi, siyasi, mənəvi aspektlərinin zənginləşməsində əhəmiyyətli əyani vəsaitdir. 

Toplunun elmi redaktoru Dövlət İdarə­çilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, tərtibçilər isə hüquqşü­nas Səməd Vəkilov və Prezident Kitabxa­nasının məsul əməkdaşı Zakir İsmayılov­dur. 

Üçcildlik topluda Pezident İlham Əliyevin ekoloji siyasətinin bütün təfər­rüatları geniş formada əksini tapır. Həm­çinin bu istiqamətdə formalaşan qanun­vericilik bazası xronoloji və aydın olaraq sıralanır. Kitabların mühüm bir fəlsəfəsi həm də sübut edir ki, BMT-nin İqlim Də­yişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası­nın – COP29-un ölkəmizdə keçirilməsi dövlət başçımızın uzun illər ərzində bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə apardığı böyük ekoloji siyasətinin bəhrəsidir. 

Bu tədbir dünyanın müasir gündə­mində ən aktual məsələlərdən biridir. Ko­missiya sədri Sadiq Qurbanov təşəbbüs göstərib bu kitabları ərsəyə gətirməklə elmi-ictimai mühitə böyük töhfə vermiş, sözügedən istiqamətin mənbəşünaslıq bazasını zənginləşdirərək mühüm bir eko-elmi-innovativ layihəyə imza atmış­dır.

Hüseyn İBRAHİMOV,
fəlsəfə doktoru, “Yaşıl enerji”yə Dəstək Elmi-İnnovativ Təşəbbüs Qrupu Əlaqələndirmə Şurasının həmsədri

Ekologiya