Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin alyansdan çıxma ehtimalını NATO-nun baş katibi Mark Rutte ilə müzakirə etmək niyyətindədir.
Məlumatı “İnterfaks.ru” berib.
“Başa düşdüyüm qədəri ilə, o, bunu bir neçə saatdan sonra baş katib Rutte ilə müzakirə edəcək və bəlkə də siz bunu prezidentin özündən eşidəcəksiniz”, - deyə o, çərşənbə günü keçirilən brifinqdə Trampın NATO-dan çıxmaq istəyinin hələ də aktual olub-olmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.
Daha əvvəl bildirilmişdi ki, Rutte və Tramp çərşənbə günü Ağ Evdə görüşəcək və digər məsələlərlə yanaşı, ABŞ və NATO arasında İranla bağlı vəziyyətlə bağlı fikir ayrılıqlarını müzakirə edəcəklər.
P.ƏMİRCANOV
XQ

