Hazırda dünyada ən çox atom reaktoru tikən ölkə Çindir. Ölkədə 37 reaktor inşa olunur və onların ümumi gücü təxminən 43 000 meqavat olacaq. Bu rəqəm digər bütün ölkələrdə tikilən reaktorların cəmindən də çoxdur.
Dünya Nüvə Assosiasiyasının məlumatına görə, 2025-ci ildə ən fəal nüvə proqramı həyata keçirən ölkələr siyahısında Çin birinci yerdədir. Ondan sonra Hindistan və Rusiya gəlir. Hər iki ölkədə 6 reaktor tikilir. Hindistanda yeni layihələr 5 200 meqavat, Rusiyada isə 4 200 meqavat güc verəcək.
Elektrik enerjisinə tələbat artır və köhnə stansiyalar tədricən bağlanır. Buna görə də bir çox ölkə enerji təhlükəsizliyini qorumaq üçün yeni nüvə reaktorları tikir. Reaktorlar adətən 40 il işləmək üçün nəzərdə tutulur, lakin yeniləmədən sonra bu müddət 60–80 ilə qədər uzadıla bilər. Digər ölkələrdə tikinti daha azdır. Misir və Türkiyədə dörd reaktor inşa olunur, başqa ölkələrdə isə əsasən bir və ya iki layihə var. Diqqətçəkən məqam odur ki, ənənəvi nüvə enerjisi liderləri sayılan ABŞ, Fransa və Kanadada hazırda yeni reaktor tikilmir.
XQ

