Tramp: Ukrayna keçən ay 26 min əsgər itirib

post-img

ABŞ Prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin (UAH) ötən ay 26.000 itki verdiyini açıqlayıb. 

Məlumatı “Euronews” verib. 

“Hələ də çoxlu sayda insan var, bilirsiniz, çoxlu insan. Keçən ay 26 min insan öldü”, - deyə o, İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Atramp tezliklə sülhə ümid etdiyini bildirib və vurğulayıb ki, bu, “Ukraynanın ayda 26 min əsgər itirməsini dayandırmaq” üçün vacibdir.

P.ƏMİRCANOV
XQ

 

Dünya