ABŞ Prezidenti Donald Tramp elan edib ki, onun əmri ilə ordu Nigeriyanın şimal-qərbində İŞİD terrorçularına qarşı bir sıra zərbələr endirib.
Məlumatı “İnterfaks.ru” verib.
Tramp Truth Social-da yazıb: “Bu gün ABŞ Nigeriyanın şimal-qərbində əsasən günahsız insanları hədəf alan və vəhşicəsinə qətlə yetirən İŞİD terrorçularına qarşı güclü və ölümcül hücumlar həyata keçirib”.
“Mənim rəhbərliyim altında ölkəmiz radikal terrorizmin çiçəklənməsinə imkan verməyəcək”, - deyə Amerika lideri vurğulayıb.
Məlumatı Nigeriyanın Xarici İşlər Nazirliyi də təsdiq edib.
P.ƏMİRCANOV
XQ

