Ərdoğan Prezident Mükafatı qaliblərini qəbul edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident iqamətgahında Mədəniyyət və İncəsənət üzrə Prezident Mükafatı qaliblərini qəbul edib. Məlumatı “Anadolu” verib. 

Mərasimdən əvvəl Ərdoğan Elm və Mədəniyyət kateqoriyasında mükafatlandırılan professor Süleyman Seyfi Ogün, Rəsm kateqoriyasında mükafatlandırılan Yalçın Gökçebağ, Musiqi kateqoriyasında mükafatlandırılan bəstəkar Yalçın Türü və Anadolu Arxeologiyası kateqoriyasında mükafatlandırılan arxeoloq və professor Fahri İşığı ofisində qəbul edib.

Qəbulda həmçinin Qəzzada yaşayan “Anadolu” agentliyinin fotojurnalisti və Fotoqrafiya Mükafatına layiq görülən Əli Cədəllahın həyat yoldaşı və uşaqları da iştirak ediblər.

Prezident Administrasiyası yanında Mədəniyyət və İncəsənət Şurasının sədr müavini İsgəndər Pala qeyd edib ki, Musiqi Mükafatına layiq görülən bəstəkar Yalçın Tura opera bəstəkarlığı, xüsusən də musiqişünaslıq sahəsində çox dəyərli işlər görüb.

P.ƏMİRCANOV
XQ

 

Dünya