ABŞ Suriya xalqına dəstəyini bir daha təsdiqləyib

post-img

ABŞ dövlət katibi Marko Rubio Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin birinci ildönümü və dekabrın 8-də qeyd olunan Azadlıq Günü münasibətilə yaydığı mesajda ABŞ-ın Suriya rəhbərliyinə və xalqına dəstəyini bir daha təsdiqləyib.

Rubio özünün X sosial media platformasında Suriya inqilabının birinci ildönümünü şərh edərkən yazıb: “Bir il əvvəl Suriya xalqı öz tarixində yeni səhifə açdı. Bu gün biz keçid prosesi zamanı Suriya hökuməti və xalqının atdığı mühüm addımları, həmçinin beynəlxalq tərəfdaşlarımızın dəstəyini minnətdarlıqla tanıyırıq”.

Rubio Suriya xalqının dözümlülüyünə hörmət etdiyini vurğulayıb. “Biz etnik və dini azlıqları əhatə edən və bütün qonşuları ilə sülh şəraitində olan dinc və firavan Suriyanı dəstəklədiyimizi bir daha təsdiqləyirik”, - deyə dövlət katibi Əhməd əl-Şaraa administrasiyasına dəstəyini ifadə edib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri də Suriya inqilabının birinci ildönümü ilə bağlı yazılı bəyanat yayıblar.

P.ƏMİRCANOV
XQ

Dünya