ABŞ Moskva və Kiyevi birbaşa danışıqları davam etdirməyə çağırır

post-img

ABŞ Dövlət Departamenti əmindir ki, Rusiya və Ukrayna münaqişənin tez bir zamanda həlli üçün birbaşa danışıqları davam etdirməlidirlər. Bu barədə departamentin sözçüsü Tommy Pigott bildirib.

Məlumatı “İnterfaks.ru” verib. 

“Deyə bilərəm ki, biz Rusiya və Ukrayna arasında birbaşa danışıqları təşviq etməyə və onları atəşkəs əldə edilməsinə inandırmağa davam edəcəyik”, - o deyib.

Piqott əlavə edib ki, Birləşmiş Ştatlar çərşənbə günü İstanbulda keçirilən danışıqlarda tərəflərin xəstələr və yaralılar da daxil olmaqla, başqa məhbus mübadiləsi barədə razılığa gəldiyi barədə xəbəri alqışlayıb, lakin Ukraynada tam və qeyd-şərtsiz atəşkəs çağırışlarını davam etdirib.

P.ƏMİRCANOV
XQ

Dünya