ARDNF İtaliyada 402 MVt-lıq günəş enerjisi portfelində pay əldə edib

post-img

ARDNF və bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkəti, ARDNF-nin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş fotovoltaik (PV) elektrik stansiyalarından ibarət portfeldə 49%-lik pay əldə etməsini nəzərdə tutan müqavilə imzalayıb. 

Məlumat Neft Fondundan verilib. 

Müqavilənin başa çatmasından sonra “Enfinity Global” 51%-lik payını qoruyaraq və İtaliyanın bərpa olunan enerji bazarındakı güclü mövqeyini möhkəmləndirərək bu aktivlərin effektiv idarəçiliyini həyata keçirəcək.

P.ƏMİRCANOV
XQ

Dünya