Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ilə İranın müdafiə naziri briqada generalı Əziz Nəsirzadə arasında telefon danışığı olub. Bu barədə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Xəbəri “Anadolu” verib.
Məlumata görə, Gülər və Nəsirzadə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
P.ƏMİRCANOV
XQ