Donald Tramp Vladimir Putinlə telefonla danışıb

post-img

İyunun 4-ü axşam saatlarında ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində RF Prezidenti Vladimir Putinlə telefonla danışdığını bildirib. Məlumatı “Kommersant” yayıb. 

Onun sözlərinə görə, Rusiya prezidenti ona deyib ki, Moskva Kiyevin Rusiya aerodromlarına son hücumlarına cavab verəcək. “Bu, yaxşı söhbət idi, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyildi. Prezident Putin aerodromlara edilən son hücuma cavab verməli olacağını söylədi və çox sərt şəkildə”, - deyə Donald Tramp yazıb. O, bu açıqlamanı şərh etməyib.

ABŞ prezidenti deyib ki, söhbət zamanı başqa mövzulara, xüsusilə də İran mövzusuna da toxunublar. Məlumdur ki, Moskva İranın nüvə proqramı ilə bağlı Vaşinqton və Tehran arasında davam edən danışıqlarda öz vasitəçiliyini təklif edir. Donald Tramp bildirib ki, Vladimir Putin Rusiyanın bu danışıqların uğurla nəticələnməsinə kömək etməyə hazır olduğunu bildirib.

ABŞ prezidenti qeyd edib ki, Vladimir Putinlə söhbət 1 saat 15 dəqiqə davam edib.

P.ƏMİRCANOV
XQ

Dünya