Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, ABŞ Prezidenti Donald Tramp Türkiyədə Rusiya və Ukrayna liderlərinin mümkün görüşündə iştirak etməyə hazırdır. Məlumatı “Anadolu” verib.
Livittdən soruşulub: “Prezident (Rəcəb Tayyib) Ərdoğan deyir ki, Prezident Tramp, Rusiya Prezidenti (Vladimir) Putin və Ukrayna Prezidenti (Vladimir) Zelenskinin İstanbulda görüşməsinin vaxtı çatıb. Tramp bunu dəstəkləyəcək və iştirak edəcəkmi?"
“Prezident Tramp bildirib ki, əgər belə olarsa, o, buna açıqdır. Lakin o, həm liderlərin, həm də hər iki tərəfin masa arxasına gəlməsini istəyir. Biz bu gün gördük ki, onlar bunu Prezident Trampın təkidi ilə ediblər. Amma onun bu danışıqlar haqqında nə düşündüyünü və orada baş verənləri söyləməyi prezidentin öhdəsinə buraxacağam”, - Ağ Evin mətbuat katibi cavab verib.
P.ƏMİRCANOV
XQ