Putin Rusiya - Ərəb sammiti keçirməyə hazırlaşır

post-img

Rusiya ilk rus-ərəb sammitini keçirmək niyyətindədir və Ərəb Liqasının liderlərini ora dəvət edir. Bu barədə Rusiya Prezidenti Vladimir Putin mayın 17-də məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb. 

“Mən sizin assosiasiyanızın bütün dövlət başçılarını, eləcə də liqanın baş katibini oktyabrın 15-də keçirməyi planlaşdırdığımız birinci Rusiya-Ərəb sammitində iştirak etməyə dəvət etmək istərdim”, - prezidentin sözləri Kremlin saytında sitat gətirilib.

Putin əmin olduğunu bildirib ki, sammit ölkələr arasında qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək, Yaxın Şərq və Şimali Afrikada sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi yollarının tapılmasına kömək edəcək.

P.ƏMİRCANOV
XQ

Dünya