Lavrov: Rusiya ABŞ-la Ukrayna məsələsində razılığa gəlməyə hazırdır

post-img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “CBS News” telekanalına müsahibəsində bildirib ki, Rusiya ABŞ-la Ukrayna məsələsində razılığa gəlməyə hazırdır, lakin hələ də razılaşdırılmalı olan detallar var.

Məlumatı “Anadolu” yayıb. 

Lavrov “Millətlə üz-üzə” verilişinin efirində deyib: “Birləşmiş Ştatların prezidenti inanır və mən də doğru hesab edirəm ki, biz düzgün istiqamətdə gedirik. Prezident öz bəyanatında sövdələşməni qeyd edib və biz razılığa gəlməyə hazırıq. Amma müəyyən detallar var ki, onlar üzərində işləmək lazımdır. Biz məhz bu proseslə məşğuluq”, - deyə Lavrov bildirib. 

Ukraynadakı döyüşlərdən danışan Lavrov mülki hədəflərə hücum ittihamlarını rədd edib. O bəyan edib ki, Rusiya ordusu yalnız Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi hərbi və ya mülki obyektlərə zərbələr endirir.

Rusiya xarici işlər naziri ABŞ prezidenti Donald Trampı “Ukrayna böhranının köklü səbəblərini aradan qaldırmağın zəruriliyini qəbul edən yeganə dünya lideri” adlandırıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya