Fransada uşaq hüquqlarının müdafiəsi sahəsindəki vəziyyətlə bağlı BMT-yə şikayət olunub

post-img

Fransada uşaq hüquqlarının müdafiəsi sahəsindəki vəziyyətlə əlaqədar BMT-nin Uşaq Hüquqları Komitəsinə şikayət edilib.

AZƏRTAC xəbər verir ki, şikayət vəkil Sara Despre tərəfindən olunub. O, mətbuata açıqlamasında bildirib ki, şikayət Fransa parlamentinin Təhqiqat komissiyasının yekun hesabatında bu ölkədə uşaqların müdafiəsinin getdikcə zəifləməsinin əks olunmasından sonra verilib. Onun şikayət etməkdə məqsədi isə Fransada uşaq hüquqlarının pozulması hallarına dair aparılan istintaq prosedurunun açıqlanmasından ibarətdir.

Vəkil deyib ki, rəhbərlik etdiyi firma tərəfindən uşaqlara sosial yardım sisteminin himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının ciddi və təkrarlanan pozuntuları qeydə alınıb. Sistemin işini pisləyən S.Despre uşaqların hüquqlarının təmin edilməsi, onların şəxsi həyatlarının qorunması, təhsil və asudə vaxtlarının səmərəli təşkili, həmçinin digər sahələrdə ciddi çatışmazlıqların olduğunu diqqətə çatdırıb.

Dünya