Siemens filialının rəhbəri və ailəsi helikopterin qəzaya uğraması nəticəsində həlak olub

post-img

Siemens konserninin İspaniya filialının rəhbəri Aqustin Escobar Manhetten yaxınlığında vertolyotun Hudson çayına düşməsi nəticəsində ailəsi ilə birlikdə həlak olub. Bu barədə “The New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Qəzet havaya qalxmazdan bir müddət əvvəl ailənin helikopterin yaxınlığında və içərisində çəkilmiş fotolarını dərc edib.

Fövqəladə hadisə aprelin 10-da baş verib. Rəsmi olaraq məlum olub ki, helikopterdə pilotdan başqa İspaniyadan olan bir ailə - iki böyük və üç uşaq olub. Nyu-York meri Erik Adams altı nəfərin hamısının öldüyünü təsdiqləsə də, qurbanların kimliyini açıqlamayıb. Hadisənin nədən baş verdiyi məlum deyil.

ABŞ prezidenti Donald Tramp qəzanı "dəhşətli helikopter qəzası" adlandırıb. "Qəzanın görüntüləri dəhşətlidir. Allah mərhumun ailələrinə və yaxınlarına rəhmət eləsin. "Dəqiq nə və necə baş verdiyi barədə qısa zamanda məlumat veriləcək", - Tramp yazıb.

ABŞ prezidentinin sözlərinə görə, qəzanın araşdırılmasına ölkənin nəqliyyat naziri Şon Daffi nəzarət edir.

S.ELAY

XQ

 

 





Dünya