Tramp yaxın vaxtlarda Ukrayna ilə nadir metallar sazişinin imzalanacağını bir daha vurğulayıb. Bu barədə "Reuters" məlumat verir.
Tramp jurnalistlərə deyib ki, ABŞ Kiyev ilə Ukrayna elektrik stansiyalarına sahib olan Amerika firmalarının potensialını müzakirə edir.
"İndi biz ərazilərdən danışırıq. Biz sərhəd xəttindən danışırıq, enerji, elektrik stansiyalarının mülkiyyətindən danışırıq. Bəziləri deyir ki, elektrik stansiyası ABŞ-a məxsus olmalıdır... çünki bizim təcrübəmiz var", - Tramp deyib.
S.ELAY
XQ