BƏƏ 3200-dən çox məhbusun mübadiləsində Rusiya və Ukraynaya kömək edib

post-img

Birləşmiş Ərəb Əmirlikləri 2024-cü ilin əvvəlindən bəri Rusiya ilə Ukrayna arasında 3,2 mindən çox hərbi əsirin mübadiləsinə kömək edib.

AZƏRTAC-ın xarici mediaya istinadla verdiyi məlumata görə, BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, bu həftə baş tutan yeni mübadilə, hər tərəfdən 175 nəfər olmaqla, 350 nəfərin azad olunmasını əhatə edib. BƏƏ vasitəçiliyi ilə azad edilən hərbi əsirlərin ümumi sayı 3233 nəfərə çatıb.

Martın 19-da Rusiya Müdafiə Nazirliyi Moskva və Kiyevin 175-in 175-ə düsturuna uyğun olaraq hərbi qulluqçuların mübadiləsini apardığını bildirib. Rusiya tərəfi xoşməramlılıq əlaməti olaraq, təcili tibbi yardıma ehtiyacı olan 22 ağır yaralı hərbi əsiri də Ukraynaya təhvil verib.

2024-cü ilin əvvəlindən BƏƏ tərəfindən Rusiya və Ukrayna arasında 13 məhbus mübadiləsi olub.

Dünya