RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun Ukraynaya hərbi kontingentin yerləşdirilməsinin mümkünlüyü ilə bağlı bəyanatlarını Rusiyaya münasibətdə konfrontasiyalı çıxış adlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin nümayəndəsi məlumat verib.
“Fransa prezidentinin Rusiyaya qarşı çox ziddiyyətli çıxışı var. Əslində, söhbət müəyyən kontingentin qarşıdurma şəraitində yerləşdirilməsindən gedir. Rusiya bununla razılaşa bilərmi? Bu sualı birbaşa cavablandırmadan belə, onun havadan asılı olduğunu hesab edə bilərsiniz. Çünki cavab tamamilə aydındır”, –deyə D.Peskov bildirib.
Bu yaxınlarda Fransa prezidenti Moskvada kəskin reaksiyaya səbəb olan bəyanatla çıxış edib və Qərb kontingentinin Ukraynaya göndərilməsinin mümkünlüyünü istisna etməyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva