Tramp Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı açıqlama verib

post-img

ABŞ prezidenti Donald Tramp bunun hazırda müzakirə olunmadığını bildirsə də, gələcəkdə Rusiyaya qarşı sanksiyaların nə vaxtsa ləğv oluna biləcəyini istisna etməyib.

Tramp bunu çərşənbə axşamı Ağ Evdə mətbuata danışarkən deyib.

Jurnalistlər ABŞ prezidentinə Ukraynada müharibəyə son qoymaq üçün ABŞ və Rusiya arasında aparılan danışıqlar çərçivəsində Rusiya Federasiyasına qarşı sanksiyaların ləğv edilib-edilməməsi ilə bağlı sual verib.

"Xeyr, hələ heç kim sanksiyaları qaldırmayıb. Düşünürəm ki, nə vaxtsa olacaq, amma hələ yox", - Tramp cavab verib.

S.ELAY

XQ

Dünya