Fidan Ukrayna rəsmiləri ilə görüşüb

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak və müdafiə naziri Rustem Umerov ilə görüşüb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib. Xəbəri “Anadolu” yayıb. 

Danışıqlar Almaniyada keçirilən 61-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub.

 

P.ƏMİRCANOV

XQ

Dünya